Dünya

ABŞ Dövlət Departamenti 6 media orqanına abunəlikləri ləğv edir

20 fevral / 09:48 1 dəq
67b6b038ca7fa67b6b038ca7fb174002591267b6b038ca7f867b6b038ca7f9
20 fevral / 09:48
Burada sizin reklamınız ola bilər

ABŞ-də prezident Donald Tramp administrasiyasının federal ixtisarları media qurumlarına da təsir edib.

Qerbxeber.com xəbər verir ki, bu haqda “Washington Post“ qəzeti məlumat yayıb.

ABŞ Dövlət Departamenti ilk dəfə fevralın 11-də dünyadakı diplomatik nümayəndəliklərdən missiya baxımından o qədər də lazım olmayan media abunələrinin ləğv edilməsi təlimatını verib.

Fevralın 14-də isə Dövlət Departamentinin əməkdaşlarına “The Economist”, “The New York Times“, “Politico”, “Bloomberg News”, “The Associated Press” və “Reuters“ kimi KİV-lərə abunəlikləri ləğv etmək tapşırılıb.

Qeyd olunub ki, departament işçiləri müəyyən abunəliklərin saxlanmasına etiraz edə bilərlər, lakin bunun üçün ciddi əsaslar təqdim etməlidirlər.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı