Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Sosial

Restoranlarda karantindən sonra bu tədbirlər görülməlidir

29 aprel / 13:53 3 dəq
Restoran
29 aprel / 13:53
Burada sizin reklamınız ola bilər

İctimai iaşə müəssisələrində koronavirusa yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə işçi heyətin virus və ondan qorunma yolları barədə məlumatlandırılması zəruridir.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, ictimai iaşə müəssisələri sanitar-gigiyenik qaydalara əsasən, müəssisələrdə sanitar məişət otaqlarının (sanitar qovşaq, soyunub geyinmə otağı və s.) işlək və təmiz vəziyyətdə saxlamalı, müəssisəni axar isti və soyuq su təchizatının təmin etməli, müəssisənin təmizlik vasitələri və dezinfeksiyaedici maddələrlə daimi olaraq təmin etməlidirlər.

Bununla yanaşı, ictimai iaşə müəssisələr birdəfəlik istifadə üçün salfetlərlə təmin edilməli və ya hava əlqurudanlarını işlək vəziyyətdə saxlamalı, yetərli sayda tibbi maskalar və əlcəklərlə təmin edilməli, istifadə edilmiş tibbi maskaların atılması üçün ayrıca qapalı torbaların qoyulması və bu tullantıların müvafiq qaydada məhv edilməsi, işçi heyətinin qanunvericilikdə göstərilən dövrilikdə, şübhəli hallarda həmin müddətlərdən kənar plandankənar icbari tibbi müayinədən keçməsinin təmin edilməsi, mətbəxdə, heyət otaqlarında, sanitar qovşaqlarda və xidmət zallarında mütəmadi dezinfeksiya işlərinin aparılmasının təmin edilməsi kimi tədbirlər həyata keçirilməlidir.

İctimai iaşə müəssisələrində qida ilə təmas edən səthlərin, avadanlıqların
təmizlənilməsi və dezinfeksiyası aşağıdakı qaydada həyata keçirilməlidir:

Təmizləmə zamanı (Təmizləmə – sintetik yuyucu vasitələrin köməyi ilə səthlərdən və avadanlıqlardan mikrob və s. xəstəlik törədicilərinin kənarlaşdırılması prosesi) görüləcək işlər bunlardır:

1. Əvvəlcə səthləri sintetik yuyucu vasitələr və ilıq su ilə yuyun,
2. Təmiz və ya içməli su ilə durulayın,
3. Təmiz dəsmalla qurulayın.

(Təmiz su dedikdə istehlak üçün yararlı olan su nəzərdə tutulur).

İctimai iaşə müəssisələrində dezinfeksiya edilməsi vacib olan sahə və səthlərə
daxildir:

– İnzibati binanın ərazisi;
– Binanın daxilində olan bölmələr;
Mətbəx və emal sahələri
Yemək qəbulu salonu
Sanitar məişət otaqları (sanitar qovşaq, duş, soyunub-geyinmə)
Anbarlar

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı