Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Xocalı görüşünün sirri

2 mart / 17:03 2 dəq
Xocali gorush
2 mart / 17:03
Burada sizin reklamınız ola bilər

Dünən Rusiya sülhməramlılarının Qarabağdakı müvəqqəti qərargahında Qarabağın erməni icması və Azərbaycan nümayəndələrinin növbəti görüşü baş tutub. Erməni icmasını “təhlükəsizlik şurasının katibi” (Xankəndidəki separatçı rejimdə təmsil olunur – red.) Samvel Şahramanyan və rus sülhməramlı kontingentilə “əməkdaşlıq mərkəzinin direktoru” Sergey Martirosyan iştirak edib. Martirosyan Balasanyanın “təhlükəsizlik şurasının katibi” işlədiyi dövrdə eyniadlı şöbəyə rəhbərlik edib və Vito ilə birlikdə daim azərbaycanlılarla görüşlərdə olub.

Martirosyan yaxın münasibətdə olduğu sülhməramlıların keçmiş rəhbəri general Muradovun vasitəçiliyi ilə azərbaycanlılarla danışıqlarda iştirak edirmiş. Birincisi, onlar Rusiya ordusunda birgə xidmət ediblər, üstəlik, Martirosyanın oğlu da 44 günlük müharibədə itkin düşənlər arasındadır.

“Qərb Xəbər” “Axar.az”a istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“Onun rus sülhməramlılar ilə birlikdə itkin düşənlərin axtarışında fəal iştirak etdiyi məlumdur. Bu səbəbdən də onların əməkdaşlığı daha da yaxınlaşıb.

Dünənki görüşdə Qarabağın erməni icmasının heyətində üçüncü şəxs də olub, lakin o, fotoda görünmür. Mənbələr görüşdə “Kaşen” mədəninin sahibinin də iştirak etdiyini istisna etmirlər. Azərbaycan tərəfdən isə danışıqlar aparan Milli Məclisin deputatı, Ağdərədə anadan olan, Şuşa məktəbində təhsil alan Ramin Məmmədovdur”, – məlumatda deyilir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı