Dünya

ABŞ-nin Hörmüzlə bağlı qərarı İsraildə narazılıq yaratdı

Dünən / 13:56 2 dəq
ABŞ İsrail,İran
Dünən / 13:56
Burada sizin reklamınız ola bilər

İsrail ABŞ-nin Hörmüz boğazında İrana hərbi təzyiqi azaltmaq qərarından təəccüblənib.

Qerbxeber.com Teleqraf -a istinadən xəbər verir ki, bu barədə “Al-Monitor” diplomatik mənbələrə istinadla məlumat yayıb.

Mənbə bildirib ki, Vaşinqtonun bu addımları İsraildə məyusluq yaradıb.

Portala görə, İsrail Baş naziri Benyamin Netanyahu ABŞ-nin İranla bağlı bütün addımlarını Təl-Əvivlə əlaqələndirdiyini bildirsə də, iki ölkə arasında bununla bağlı fikir ayrılıqlarından irəli gələn narazılıq var.

Qeyd olunub ki, ABŞ Hörmüz boğazı ətrafındakı vəziyyətlə əlaqədar İrana qarşı hərbi təzyiqin azaldılması barədə İsraili əvvəlcədən xəbərdar etməyib.

“Al-Monitor”un məlumatına görə, İsrail ABŞ-dən İrana qarşı hərbi əməliyyatların bərpasını gözləyir. Təl-Əviv Vaşinqton və Tehran arasında davam edən danışıqlar fonunda ABŞ-nin İsrailin maraqlarını nəzərə almadan münaqişəni həll edəcəyindən və Tehranın nüvə və ballistik raket proqramları ilə bağlı məsələləri arxa plana atacağından ehtiyat edir. İsrail buna görə də ABŞ-yə təzyiq göstərməyə və İranla Hörmüz boğazındakı vəziyyətlə məhdudlaşmayan əhatəli razılaşmada israr etməyə davam etmək niyyətindədir.

Paylaş
Burada sizin reklamınız ola bilər