Gürcüstandan daha 281 nəfərin Azərbaycana təxliyəsi prosesi başa çatdırılıb.
“Report” xəbər verir ki, həmin şəxslər 5 avtobusla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılıb.
Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşlarının nəzarəti ilə vətəndaşların və soydaşların sərhədi növbəli şəkildə keçmələri təmin edilib.
Gürcüstandan Azərbaycana növbəti təxliyənin sentyabrın 8-də həyata keçirilməsi nəzərdə tutulub.