Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Elm və Texnologiya

Məktəblərdə “Rəqəmli bacarıqların inkişaf etdirilməsi” layihəsi təqdim olunub

14 oktyabr / 09:23 2 dəq
9f0bb3cf 3454 3a0f a782 38826126f3ab
14 oktyabr / 09:23
Burada sizin reklamınız ola bilər

 


“Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən icra edilən “Rəqəmli bacarıqların inkişaf etdirilməsi” layihəsi çərçivəsində oktyabrın 13-də Bakıda yerləşən 202 və 56 nömrəli tam orta məktəblərdə təqdimat tədbirləri keçirilib.

Birlikdən “Qərb Xəbər”ə verilən məlumata görə, təqdimatlarda bildirilib ki, son dövrdə təhsil sahəsində innovativ texnologiyaların geniş tətbiqinə, tədrisdə virtual reallığa keçid prosesinə töhfə vermək məqsədilə icra edilən layihənin əsas tərkib hissəsi olaraq yeniyetmə və gənclərin rəqəmsal bilik və bacarıqlarının artırılmasına yönəlmiş 40 animasiyalı videoçarx hazırlanıb. Xarici tədris resursları əsasında ana dilində hazırlanan videoçarxlar kibertəhlükəsizlik, proqramlaşdırma, biznes texnologiyaları, əməliyyat sistemləri, hesablama platformaları, fayl formatlarının növləri, süni intellekt, rəqəmsal marketinq və bu kimi digər faydalı mövzuları əhatə edir. “#reqemliol” portalının “Rəqəmli Bacarıqlar” bölməsində yerləşdirilən videoçarxlar onlayn tədris resurslarına əlçatanlığın təmin edilməsi, daha çox gəncin bu sahədə maarifləndirilməsi və müasir texnologiyalar haqqında yeni biliklərə yiyələnməsi baxımından əhəmiyyət daşıyır. Videoçarxlar portalla eyniadlı “YouTube” kanalı və sosial şəbəkə hesablarında da ictimaiyyətin istifadəsinə təqdim edilib. Görüş zamanı şagirdlər, həmçinin “#reqemliol” portalının məqsədi, istifadəçilərə yaradılan imkanlar, insanların onlayn təhsilə, alış-verişə və xidmətlərə olan ehtiyaclarının ödənilməsi baxımından funksionallığı haqqında da məlumatlandırılıblar. Qeyd edək ki, “Rəqəmli bacarıqların inkişaf etdirilməsi” layihəsi Elm və Təhsil Nazirliyinin elan etdiyi “2022/2023-cü illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.

7131b133-a0f4-3a28-ae65-efcd238bdb771935e3f5-0ec5-3e2f-a863-2f5f27a0a731ba6e1088-8fd4-3ab5-a415-5f63db74c437

 

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı