Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Azərbaycan səfiri erməni diplomata cavab verib: “Ermənistan cinayətlərinə görə məsuliyyətə cəlb olunacaq

8 sentyabr / 15:42 3 dəq
92da7fa8 d245 30ea 8e62 30e3ebd1c55b
8 sentyabr / 15:42
Burada sizin reklamınız ola bilər

“Ermənistan hökuməti” adIı irqçi fırıldaqçılar və faşist cinayətkarlar dəstəsi 1987-2000-ci illərdə Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb olunacaqlar”.

“Qərb Xəbər” məlumat verir ki, bunu Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Vaqif Sadıqov Ermənistanın Belçika və Lüksemburqdakı səfiri Tiqran Balayanın Azərbaycana qarşı təhqiramiz paylaşımına cavabında qeyd edib.

Diplomat bildirib ki, Ermənistanın insanlıq əleyhinə cinayətlərinə və beynəlxalq hüququ pozduğuna görə qanun qarşısında cavab verəcək.

V.Sadıqov vurğulayıb ki, Ermənistanın cinayətkar, qanunazidd əməllərinin siyahısı hazırda işlənmə mərhələsindədir: “Uzun siyahı tezliklə təqdim olunmağı gözləyir. Biz dediyimizi edirik”.

Səfir Ermənistanın cinayətkar əməllərinin bir neçəsini nümunə olaraq da göstərib: “O vaxt əhalinin 10 faizini təşkil edən Qərbi Azərbaycanda (indiki Ermənistan) 300 000-dən çox azərbaycanlının öz tarixi torpaqlarından qovularaq insan hüquqlarının kütləvi şəkildə pozulması və etnik təmizləməyə məruz qalması, deportasiya zamanı yüzlərlə insanın qətlə yetirilməsi;

– 1990-1992-ci illərdə Azərbaycanın keçmiş “Dağlıq Qarabağ” bölgəsindən 50 000 azərbaycanlının etnik təmizləməyə məruz qalması, onlardan yüzlərləsinin erməni silahlıları tərəfindən öldürülməsi;

– 1992-1994-cü illərdə Azərbaycanın ərazi bütövlüyünün pozulması və onun beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20%-nin (16 000+ kv. km) Ermənistan tərəfindən işğalı (bax: BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələri);

– Azərbaycanın Qarabağ ərazisindən kənarda işğal olunmuş 7 rayonundan 700 mindən çox azərbaycanlının etnik təmizləməyə məruz qalması, 9 şəhər və yüzlərlə kəndin dağıdılması və yer üzündən silinməsi;

– 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində qocalar, qadınlar, uşaqlar da daxil olmaqla 600-dən çox mülki şəxsin qətlə yetirilməsi (Ruandadan 2 il əvvəl və Srebrenitsa soyqırımlarından 3 il əvvəl)”.

V.Sadıqov Azərbaycanın ərazilərini işğaldan azad etməsinə də diqqət çəkib: “2020-ci ilin sentyabrında Azərbaycana qarşı başlatdığı 44 günlük müharibədə hərbi məğlubiyyəti və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalaması Ermənistanın 30 ildir davam edən Azərbaycan torpaqlarının işğalına faktiki son qoydu”

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı