Elm və Texnologiya

BDU-nun tələbəsi vəfat edib

1 fevral / 17:45 1 dəq
Indir 2024 02 01T174453.352
1 fevral / 17:45
Burada sizin reklamınız ola bilər

Bakı Dövlət Universitetinin tələbəsi vəfat edib.

“Qərb Xəbər” bu barədə universitetin rəsmi səhifəsinə istinadən məlumat verir.

Bildirilib ki, Coğrafiya fakültəsinin IV kurs tələbəsi Şahin Qərib oğlu Əliyev dünyasını dəyişib. 2020-ci ildə BDU-nun Coğrafiya fakültəsinə turizm işinin təşkili ixtisası üzrə dövlət sifarişi əsasında qəbul olunmuş Şahin Əliyev Universitetin təhsil göstəricələrinə görə fərqlənən və ictimai fəallığı ilə seçilən tələbələrindən olub. Qrup nümayəndəsi kimi daim BDU-nun və fakültənin ictimai həyatında aktiv iştirak edib. 2023-2024-cü tədris ilinin qış imtahan sessiyasında müvəffəq qiymətlər alıb və cari tədris ilində BDU-da təhsilini müvəffəqiyyətlə başa vurması gözlənilirdi.

Allah rəhmət eləsin!

Paylaş
Burada sizin reklamınız ola bilər