Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

AFFA İntizam Komitəsi “Turan Tovuz”u cərimələyib

23 sentyabr / 15:22 2 dəq
AFFA
23 sentyabr / 15:22
Burada sizin reklamınız ola bilər

AFFA İntizam Komitəsinin (İK) qərarları açıqlanıb.

“Qərb Xəbər”in məlumatına görə, İK Premyer Liqada çıxış edən 5 klubu cərimələyib.

“Turan Tovuz”un futbolçusu Şakir Seyidov Bakıda “Sabah”a 1:3 hesabı ilə uduzduqları VII tur matçında qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. 22 yaşlı müdafiəçi Tovuz təmsilçisi isə 1 600 manat xərcə slaıb.

“Qəbələ” – “Sumqayıt” görüşündə (1:0) “qırmızı-qaralar”ın azarkeşləri Elçin Məsiyevi təhqir etdiyi üçün meydan sahibləri 4 000 manat cərimə olunub. Bundan başqa, əyalət təmsilçisinin yarımmüdafiəçisi Rövlan Muradov birbaşa qırmızı vərəqə ilə meydandan qovulduğu üçün 2 oyunluq diskvalifikasiya alıb. Klub isə 1600 manat cərimə ödəyəcək.

“Səbail” evdə “Neftçi”yə 0:2 hesabı ilə məğlub olduğu qarşılaşmadan sonra isti su təchizatının olmaması səbəbindən 800 manat cərimə olunub.

“Kəpəz” isə azarkeşlərinə görə ziyana düşüb. Fanatlar Qəbələdə “Şamaxı” ilə görüşdə (2:1) hakimlərin ünvanına qeyri-etik və təhqiramiz ifadələr işlətdiyi üçün Gəncə təmsilçisi 4 000 manat cərimələnib. Həmçinin, “Kəpəz”in 8 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub əlavə 800 manat cərimə ödəməli olacaq.

“Şamaxı” isə 2-ci hissədə meydana 3 dəqiqə gec daxil olduğu üçün 800 manat cərimələ olunub. Bundan əlavə, bölgə təmsilçisinin futbolçusu Rauf Hüseynli oyundan sonra hakimin qərarına etirazını bildirdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, komandasını isə 200 manat xərcə salıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı