Rafael Qrossi: Dünya nüvə təhlükəsi ilə üz-üzədir
“Dünyada nüvə fəlakəti təhlükəsi Soyuq Müharibənin ən qızğın dövründən bəri görünməmiş səviyyəyə çatıb. Ona görə də Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NSYM) qüvvədə olmasını təmin etmək vacibdir”.
Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi bildirib.
O, “X” hesabında yazıb: “Müharibə Avropaya və Yaxın Şərqə qayıdıb, sülh və təhlükəsizliyi dəstəkləyən çoxtərəfli mexanizmlər böyük təzyiq altındadır. Bugünkü nüvə mühitində biz daha çox oyunçu, daha böyük risklər və daha az aydınlıqla xarakterizə olunan qeyri-sabit bir qarşıdurma ilə üz-üzəyik”.
Qrossi əlavə edib ki, nüvə silahlarının yayılmasının qarşısının alınması hər kəsin xeyrinədir və NSYM bunun üçün ən güclü çoxtərəfli alətdir. (musavat.com)





