Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Bəzi dövlət işçilərinin maaşları artırılıb

29 iyul / 16:51 3 dəq
Thumbs b c bb4ae5a0727fabc9856243c8f9c1f09a
29 iyul / 16:51
Burada sizin reklamınız ola bilər

1.  Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

“Qərb Xəbər” məlumat verir ki, aşağıdakı dəyişikliklər edilib.

Dəyişikliklə Milli Məclis Sədrinin maaşı 2475 manatdan 3550 manata qaldırılıb.

Dəyişikliyə əsasən, Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının iki misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.

Qeyd edək ki, Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini – 85 faizi, Milli Məclisin komitə və komissiya sədri – 80 faizi, Milli Məclisin komissiya sədrinin müavini – 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alır.

 

2. Prezident İlham Əliyev “Hesablama Palatası haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Dəyişikliklə Hesablama Palatasının sədri 3150 manat məbləğində aylıq vəzifə maaşı alacaq.

Hesablama Palatası sədrinin müavini 2800 manat, auditorları 2625 manat məbləğində aylıq vəzifə maaşı alacaqlar.

Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

 

3. Prezident İlham Əliyev “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” sərəncamında dəyişiklik edib.

Dəyişikliklə Azərbaycan Respublikası Baş prokurorunun aylıq vəzifə maaşı 3260 manat məbləğində müəyyən edilsin.

 

4. Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” qanunda dəyişiklik edilməsini təsdiqləyib.

Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 3550 manat olub.

İndiyədək bu məbləğ 2475 manat idi. Artım 1075 manat təşkil edir.

Habelə, 71.1-ci maddədə “Azərbaycan Respublikası Milli Məclisi deputatının aldığı məbləğdə” sözləri “aylıq vəzifə maaşının 50 faizi məbləğində” sözləri ilə əvəz edilib.

72.2-ci və 73.6-cı maddələr ləğv edilib, 73.9-cu maddədən “, 73.6-cı” sözləri çıxarılıb.

Qeyd edək ki, bu qanunlar 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı