Ukrayna Silahlı Qüvvələrinin “əks-hücum əməliyyatı”nın uğursuzluğa düçar olmasına baxmayaraq, Qərb Ukrayna münaqişəsində getdikcə daha çox öldürücü və uzaq mənzilli sistemlərdən istifadə etməklə Kiyevi silahla təchiz etməyə davam edir.
“Qərb Xəbər” məlumat verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsində deyib.
O, Qərbin Ukraynanı kasset sursatları və tükənmiş uran mərmiləri də daxil olmaqla çoxlu sayda silahlar tədarük etdiyini deyib.
“Yaxın Şərqdə baş verən faciəvi hadisələr bir müddət Ukrayna böhranını Qərb mediasının manşetlərindən sıxışdırıb çıxardı. Bununla belə, əksər dost olmayan hökumətlər üçün “döyüş meydanında Rusiyaya strateji məğlubiyyət vermək” hələ də prioritet kimi qeyd olunur. Nə Vaşinqton, nə də Brüssel Kiyev rejiminə yardım göstərməkdən imtina etmir, onsuz onun məhvə məhkum olduğunu başa düşürlər. Onlar hələ də ukraynalıların əlləri və bədənləri ilə Rusiyanı geridə saxlamaqda maraqlıdırlar.
Biz Zelenski rejiminin sülh iradəsinin olmadığını qeyd etməyə məcburuq. Onun nümayəndələri müharibə baxımından düşünür və çox aqressiv ritorikaya əl atırlar. hərbi əməliyyatların dayandırılmasından heç bir söhbət belə getmir. Zelenski tərəfindən 2022-ci il sentyabrın 30-da Rusiya rəhbərliyi ilə danışıqlara qoyulan qadağa qüvvədə olmaqda davam edir. Özünüz nəticə çıxarın”, – Lavrov deyib.