Ağstafa

Bakı-Ağstafa-Bakı marşrutu ilə əlavə qatar reysləri təyin edilib

21 aprel / 10:44 1 dəq
Agstafa qatari
21 aprel / 10:44
Burada sizin reklamınız ola bilər

Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 25 və 26 aprel tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

Qurumdan Qerbxeber.coma verilən məlumata görə, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.

Səfərlər Bakı-Ağstafa istiqaməti üzrə aprelin 25-i saat 09:15-də, Ağstafa-Bakı istiqaməti üzrə isə aprelin 26-da saat 15:00-da yola düşəcək.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı