Vens İslamabada gedəcək?
ABŞ Prezidenti Donald Tramp Amerikanın BMT-dəki səfiri Mayk Uoltsın vitse-prezident Cey Di Vensin İranla danışıqların ikinci mərhələsi üçün Pakistana gedəcəyi ilə bağlı açıqlamalarını təkzib edib.
Qerbxeber.com Publika.az -a istinadən xəbər verir ki, “ABC News”un müxbiri Conatan Karl bu barədə “X” sosial şəbəkəsində yazıb.
“Prezident Tramp mənə Vensin İslamabada getməyəcəyini dedi. O, dedi ki, problem təhlükəsizlik məsələsindədir – Məxfi Xidmət bunu 24 saat ərzində edə bilməyəcək”, – jurnalist yazıb.





