Rusiya bu ölkələrə xəbərdarlıq etdi: Özünümüdafiə hüququndan istifadə edəcəyik
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Finlandiya və Baltikyanı ölkələrə Ukrayna PUA-larının hücumları qarşısında Rusiyanın özünümüdafiə hüququnu xatırladıb.
Qerbxeber.com xəbər verir ki, Şoyqu mediaya açıqlamasında bu barədə deyib.
“Son zamanlar Ukraynanın pilotsuz təyyarələrinin Finlandiya və Baltikyanı ölkələr üzərindən Rusiyaya qarşı hücumları daha tez-tez baş verir. Nəticədə mülki şəxslər əziyyət çəkir və mülki infrastruktura ciddi ziyan dəyir.
Bu, iki halda baş verə bilər: ya Qərb hava hücumundan müdafiə sistemləri, artıq Yaxın Şərqdə olduğu kimi, son dərəcə qeyri-effektivdir, ya da bu dövlətlər bilərəkdən öz hava məkanlarını açıq saxlayır və bununla da Rusiyaya qarşı təcavüzə açıq şəkildə qoşulurlar.
Sonuncu halda, silahlı hücum halında dövlətlərin özünümüdafiə hüququnu nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsi beynəlxalq hüquqa əsasən qüvvəyə minir”, – deyə Şoyqu vurğulayıb.





