Ağstafa

Bakı-Ağstafa-Bakı istiqamətinə əlavə qatar reysləri təyin edilib

18 fevral / 15:03 1 dəq
Agstafa qatari
18 fevral / 15:03
Burada sizin reklamınız ola bilər

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 21 və 22 fevral tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib.

Bu barədə Qerbxeber.com ADY-yə istinadən xəbər verir.

“Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz”, – məlumatda bildirilir.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

Paylaş
Burada sizin reklamınız ola bilər