Maraqlı

İnsulin Dirənci — Xəbərdarlıq və Sagalma Yolu-Elnur Nemətovun tövsiyyələri

17 oktyabr / 10:16 7 dəq
Elnur nemətov 4
17 oktyabr / 10:16
Burada sizin reklamınız ola bilər
Bu gün artıq insanların çoxu “insulin dirənci” sözünü eşidib, az qala hara gedirik mövzu budur: arıqlamaq istəyirəm, insulin dirəncim var deyə bu mümkün olmur. Və onsuz da artıq bu var və heç nə edə bilməyəcəm deyib təslim olanların da sayı günü-gündən artır.
Çoxumuzda elə bilirik ki, bu yalnız şəkərlə bağlıdır, amma heç də belə deyil.
Gəlin baxaq, insulin nədir və insulin dirənci nədir və bundan necə qurtula bilərik?
Bunları biləndən sonra bununla barışıb-barışmamaq artıq hər kəsin öz ixtiyarına veriləcək.
İnsulin nədir və niyə vacibdir?
İnsulin — mədəaltı vəz tərəfindən ifraz olunan bir hormondur. Onun vəzifəsi — qandakı şəkəri hüceyrələrə daşımaq, orada enerji kimi istifadə olunmasına kömək etməkdir. Deməli, bədənimizin enerji alması üçün bizə insulin lazımdır.
Bəs insulin dirənci nədir?
İnsulin dirənci — həmən o mədəaltı vəzi tərəfindən ifraz olunan hormonun bədənin tanımaması, ona düzgün cavab verməməsi halıdır.
Bəzən müayinə olunuruq, bizə deyirlər: səndə insulin dirənci var, təcili filan filan dərmanlar və ya o olacaq, bu olacaq, vəssəlaaaam — həmən düşürük panikaya. Onsuz da stres bol idi və yəqin bir narahatlıq var idi deyə müayinəyə getmişdik, indi də bu dirənc söhbətini çıxdı, mənasını da tam başa düşmədən artıq bir az da üstünə əlavə stres gəldi və az qala, mənim kitabım bağlandı qənaətinə gəlirik.
Amma bu qənaətə gəlməmişdən öncə gəlin baxaq, bu ümumiyyətlə nə prosesdir.
Sadə dildə izah edək:
Təsəvvür edək, evdəyik. Enerjimiz az, halsızıq, acıq və hər hansı bir səbəbdən evdən çıxa bilmirik. Zəng edib yaxınlarımızın birindən xahiş etmişik ki, dostumuzla bizə yemək göndərsin.
Biz qapıya çıxırıq və qarşıdan bir qrup adam gəlir. Onlardan biri bizim yaxın dostumuzdur, amma hamısı bir-birinə çox bənzəyir — eyni geyimdə, eyni hündürlükdə, eyni hərəkətdə.
Biz baxırıq, halımız yox, enerjimiz az və dostumuzu qrupdan ayırd etməkdə çətinlik çəkirik. Nəticədə heç kimlə salamlaşmırıq, çünki kimin dost olduğunu tanıya bilmirik. Amma hər biri əlində yemək gətirərək evə daxil olmaq istəyir. Biz isə qapıda heç birini içəri buraxmırıq, çünki bizə yalnız dostumuz lazımdır, yad biri yox.
Nəticədə qapıda izdiham yaranır, hamısı qapıya dirənir, içəri girməyə çalışır, biz isə müqavimət göstəririk. Yeməyin bizə çatıb-çatmadığını bilməyən yaxınımız isə digər dostumuza yenidən yemək göndərir və bu silsilə hal davam edir.
Bax, bədənimizdə də insulin dirənci eyni şəkildə işləyir:
İnsulin — bizim dostumuzdur, bədənə enerji daşımaq üçün gəlir. O, hüceyrənin qapısını döyür və deyir:
“Mən sənə enerji gətirmişəm, qapını aç!”
Amma hüceyrələr artıq onu tanımır, qapını açmır. Bədən düşünür ki, insulin azdır, daha da çox göndərir. Nəticədə həm insulin, həm də şəkər qapının ağzında yığılır, hüceyrə isə inadla qəbul etmir.

Beləcə yaranır insulin dirənci — bu qədər bəsit.

Yəni, bədən çalışır, amma enerji hüceyrəyə daxil olmur, qanda şəkər qalır və bədən yorulur, halsızlaşır, əldən düşür.
Deməli, insulin dirəncim var xəbərini eşidib panikaya düşməkdənsə, bunun səbəbini bilmək daha düzgün olardı.
Niyə bu gün bu hal daha çox yayılıb?
Çünki müasir həyat tərzi insulin dirəncini qidalandırır:
Gecə yeməkləri,
Şəkərli içkilər və “enerji” qəlyanaltılar,
Hərəkətsizlik və stres,
Arıqlamaq üçün ac qalmaq kimi səhv yanaşmalar.
Və bütün bunlar bədəni müdafiə vəziyyətinə gətirir. Yəni bədən artıq “yağ yandırmaq istəmir”, bədən çökmək üzrədir, çünki təhlükə siqnalı alır.
Hüceyrələr uzun müddət şəkər yükünə, fast food-a, stresə və hərəkətsizliyə məruz qalanda bir növ “kar” olur. Sanki qapını döyürsən, amma içəridə səni eşidən yoxdur.
Qeyd:
Deməli insulin dirəncində — qanda şəkər qalır, çünki hüceyrələr onu qəbul etmir.
Mədəaltı vəz daha çox insulin ifraz etməyə məcbur qalır.
Bu da zamanla həm insulini, həm şəkəri, həm də piyi yüksəldir.
Bu proses səssiz-səssiz ürəyi, damarları, qaraciyəri və beynimizi də zədələyir.
Qanda insulin yüksək olur, damar divarlarında iltihab yaranır.
Xolesterin balansı pozulur. Damar tıxanması riski artır.
Qan təzyiqi və ürək döyüntüsü dəyişir.
Ürək əzələsi zəifləyir, bədən enerji ala bilmir, amma piylənmə artır.
Bu həmdə o deməkdir ki, insan həm yorğun, həm də kök olur. Bu isə infarkt, insult riskini artırır.
Bəzən insanların “az yeyirəm, amma kökəlirəm” deməsinin səbəbi də çox vaxt məhz insulin dirəncinə görədir.
Bəs bunun qarşısını necə almaq və geri çevirmək olar?
Beynəlxalq praktika göstərir ki, insulin dirəncindən dərmansız və təbii yolla çıxmaq mümkündür, amma nəzarətsiz şəkildə deyil.
Bu, xüsusi ardıcıllıqla qurulmuş qidalanma sistemi tələb edir.
Bəzən bu məsələyə oda bu da bədən üçündür və sağlam qidadır” deyib, “elə ikisində yeyim” düşüncəsi ilə yanaşırıq, amma bu yanlışdır.
Çünki sağlam qida olsa belə, nə vaxt, necə, hansı qida ilə uzlaşması və yeyilməsini bilməyimiz şərtdir.
Və bəli, bunun arıqlama ilə birbaşa əlaqəsi var. Çünki insulin yüksək olanda bədən yağ yandırmaq əvəzinə onu saxlayır və kortəbii pəhriz etsək, tərəzidə dəyişiklik görməyəcəyik.
Amma düzgün, savadlı yanaşma ilə insulin normallaşanda — bədən öz balansına qayıdır. Enerji bərpa olur, şirin istəyi azalır, qarın piyləri əriyir. Bu zaman rəqəmlər də bizdə təbəssüm yaradır.
Nəticə:
İnsulin dirənci — sadəcə laborator analiz deyil. Bu, bədənin səssiz xəbərdarlığıdır: “Sən məni çox yükləmisən, indi yuku azaltmalısan.”
Əgər bədən bu vəziyyətdədirsə, onu dərmansız, amma nəzarətli və ardıcıl qidalanma ilə tam normaya salmaq mümkündür. Sadəcə, bunu planlı şəkildə, mütəxəssis nəzarətində etmək vacibdir.
Paylaş
Burada sizin reklamınız ola bilər