Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

“Qarabağ” növbəti dəfə Azərbaycan çempionu ola bilər

5 may / 13:32 2 dəq
15570454144225636750 367x266
5 may / 13:32
Burada sizin reklamınız ola bilər

Bu gün futbol üzrə Topaz Premyer Liqasının XXVII turuna start veriləcək.

Baş tutacaq matçlardan sonra çempion, gümüş və bürünc medalın sahibi, eləcə də sonuncu yeri tutacaq komandalar müəyyənləşə bilər. Bunun üçün bir sıra uyğun nəticələr qeydə alınmalıdır.

“Qarabağ”ın ardıcıl 6-cı çempionluq üçün taleyi öz əlindədir. Ağdam təmsilçisi evdə “Səbail”i məğlub edəcəyi halda qızıl medalları təmin edəcək. Əyalət təmsilçisi qalib gəlməyəcəyi təqdirdə də birinci ola bilər. Bunun üçün ən yaxın izləyici “Neftçi”nin Qəbələdə xal itirməsi lazımdır. Çünki liderin 60, “ağ-qaralar”ın isə 55 xalı var. Bakılılar səfərdə 3 xal əldə etsələr, çempion son turda “Neftçi” və “Qarabağ” arasında keçiriləcək qarşılaşmada bilinəcək. Bu iki oyun gümüş və bürünc medalın sahiblərinin bəlli olması baxımından da önəmlidir. Hazırda “Səbail” 41 xalla 3-cü, “Qəbələ” isə 36 xalla 4-cü sıradadır. Bu isə o deməkdir ki, “qırmızı-qaralar” “Neftçi”yə qalib gəlməsələr, mükafatçılar sırasına düşmək şansını itirəcəklər.

Günün digər iki oyunu isə sonuncu yeri tutacaq komandanın dəqiqləşməsi baxımından önəmlidir. Hazırda 20 xalla axırıncı yerdə gedən “Keşlə” 5 xal və 2 pillə geri qaldığı “Zirə”ni qəbul edəcək. Qonaqlar uduzmayacaqları təqdirdə, elitadakı yerlərini qoruyacaqlar. Ancaq meydan sahibləri qalib gəlməyə çalışmalıdırlar. Çünki bunu bacarmasalar, turun son matçında 23 xalla 7-ci sıradakı “Sumqayıt” öz meydanında 27 xalla 5-ci olan “Sabah”ı udmaqla işi bitirə bilər.

Qeyd edək ki, “Keşlə” – “Zirə” oyunu saat 17:00-da, “Qəbələ” – “Neftçi”, “Qarabağ” – “Səbail” saat 18:00-da, “Sumqayıt” – “Sabah” saat 20:00-da başlayacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı