Dövlət İmtahan Mərkəzinin mayın 5-də tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını rus dilində verən abituriyentlər üçün Azərbaycan dili fənnindən keçirdiyi test imtahanı başa çatıb.
Dövlət İmtahan Mərkəzinin Bərdə regional bölməsinin müdiri Elton Süleymanov azərtac-a bildirib ki, Bərdə şəhərində imtahanın keçirilməsi üçün bir bina ayrılıb.180 abituriyentin iştirak etdiyi imtahan bir imtahan rəhbəri, 14 nəzarətçi müəllim tərəfindən idarə olunub.
İmtahanda abituriyentlərə 30 test tapşırığı təqdim edilib. Saat 11-də başlayan imtahan 45 dəqiqə müddətində aparılıb və hər hansı qanun pozuntusuna yol verilmədən vaxtında başa çatıb.