Dünya

Nikol Paşınyan Türkiyəyə səfər edib

20 iyun / 12:44 1 dəq
Pasinyan türkiyede
20 iyun / 12:44
Burada sizin reklamınız ola bilər

Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə işgüzar səfərə yola düşüb.

Ermənistan liderini İstanbul beynəlxalq aeroportunda Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci qarşılayıb.

Qerbxeber.com bildirir ki, bu barədə Oxu.Az  “Sputnik Ermənistan”a istinadən məlumat yayıb.

Bu, Nikol Paşinyanın Türkiyəyə ilk işgüzar səfəridir. Onun rəhbərlik etdiyi nümayəndə heyətinə 13 nəfər daxil edilib.

Qeyd edək ki, İstanbulda N.Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş planlaşdırılır.

Xatırladaq ki, artıq bir neçə gündür Ermənistan KİV-i Türkiyədə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması şərtlərini müzakirə ediləcəyinə dair xəbərlər dərc edir.

Paylaş
Burada sizin reklamınız ola bilər