Ağstafa və Mingəçevir arasında yeni qatar reysi açılır
Mingəçevirdən Ağstafaya yeni sərnişin qatarı marşurutu açılıb.
Qerbxeber.com bildirir ki, bu barədə Mingəçevir Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Qeyd olunub ki, həftənin beşinci günü Ağstafadan çıxan ilk sərnişin qatarı Mingəçevir dəmiryolu vağzalına yetişəcək.
Növbəti mərhələdə uzun illlər öncə dayandırılmış Mingəçevir-Bakı reysinin də işə salınması nəzərdə tutulur.




