Dünya

Marneulidə”Sakrebulo” sədr müavinin oğlu “Niyə gürcü dilini bilmirsən” deyib satıcını döyüb

22 sentyabr / 10:43 1 dəq
Marneuli hadisə
22 sentyabr / 10:43
Burada sizin reklamınız ola bilər
Sentyabrın 19-u axşam saatlarında Marneulidə səs-küylü hadisə baş verib.

Qerbxeber.com Aktual.ge-yə istinadən xəbər verir ki, yayılan məlumatlara görə, Marneuli Bələdiyyə Məclisinin sədr müavini Riçard Qiqaninin oğlu Mamuka Qiqani Marneulidəki “Melodi” şirniyyat evində satıcı ilə mübahisə edib və “Niyə gürcü dilini bilmirsən deyib”. Ardından işçiyə fiziki zorakılıq edib.

Hadisəyə ətrafdakı insanlar da cəlb olunublar.

Hadisənin böyüməsinin qarşısını almaq üçün əraziyə Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Giorqadze, parlament üzvü Zaur Darğallı, “Gürcü Arzusu”nun merliyə namizədi Daur İsmayılov və polis əməkdaşları gəliblər.

Mamuka Qiqani polis tərəfindən hadisə yerindən aparılıb.

 

Paylaş
Burada sizin reklamınız ola bilər