Ağstafa

Qazax Regional  İnkişaf Resursları İctimai Birliyi  Qazax rayonunun 3 kəndində icmalarla görüş keçirib

28 avqust / 15:42 2 dəq
47044db7 8da5 49d8 b0d0 a5d5edca4188 1 e1693222721880 274x300
28 avqust / 15:42
Burada sizin reklamınız ola bilər

Qazax Regional  İnkişaf Resursları İctimai birliyi Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qazax, Ağstafa, və Tovuz rayonlarında icmaların sosial problemlərinin həllində, vətəndəş iştirakçılığının artırılmasına media və QHT-lərin birgə dəstəyi” layihəsini həyata keçirir.Layihənin əsəs ideyasi Qərb bölgəsinin bəzi icmalarında yaşayan əhalinin öz problemlərinin həlli üçün səfərbər olunması ,qərar qəbulu prosesində iştirakçılığının artırılmasıdır. Layihənin  əsas məqsədi dövlət vətəndaş dialoqunun gücləndirilməsinə təkandır.

Bu məqsədlə Qərb bölgəsinin 9 icmasında təlimin həyata keçirilməsi nəzərdə tutulub. Bu təlimlərin ilk üçü Qazax rayonunda  həyata keçirildi. Daşsalahlı,Fərəhli və Kəmərli icmalarında keçirilən təlimlərdə  ümumilikdə 45 icma fəalı iştirak etdi.Təlimlərdə- “icmaların problem ətrafında təşkilatlanması”, “Problemlərin adiyyəti qurumlar qarşısında və mediada işıqlandırılması” “Kənd əhalisinin sosial problemlərinin həlli üçün- yerli hakimiyyət, QHT və medianın səylərinin birləşdirilməsi” mövzularından söhbət açıldı.

Qərb Xəbər” Qazax Regional İnkişaf Resursları Birliyinə istinadən məlumat verir ki, layihə çərçivəsində növbəti təlimlərin Ağstafa və Tovuz rayonlarında keçirilməsi nəzərdə tutulub.

86d6c379-a2d5-447a-9916-f45d6a780d7f27c245af-0350-4f7a-8e7a-0602bc1658a483359386-2237-4d04-8a4a-901c3fceb69394d44586-964b-44f5-b9b7-ce8d9b2d0105f3e00737-52fd-4d8c-9492-126ffb3f93590d74eaac-9c75-4993-9a07-2e6d603febedc3ef2ff9-ae15-45b2-bd95-f5da127b8a99

 

Paylaş
Burada sizin reklamınız ola bilər