Dünya

ABŞ Ermənistan və Azərbaycanı sülh müqaviləsi imzalamağa çağırıb

19 yanvar / 08:44 1 dəq
0122d26d 97a7 394c a9d0 f1da90a7298b
19 yanvar / 08:44
Burada sizin reklamınız ola bilər

“Biz Ermənistan və Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik”.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə bildirib.

Onun sözlərinə görə, son bir ildə İrəvan və Bakı ciddi irəliləyişlər əldə edib. O, tərəfləri bu sürəti saxlamağa və sülh müqaviləsi bağlamağa çağırıb:

“Ümid edirik ki, Ermənistan və Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyan davamlı sülh müqaviləsi imzalayacaqlar”.

Paylaş
Burada sizin reklamınız ola bilər