Ərdoğan Trampın oğlu ilə gizli görüş iddiasına cavab verdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfərindən öncə Atatürk Hava Limanında mətbuat konfransı keçirib.
Qerbxeber.com APA-nın xəbərinə istinadən bildirir ki, Türkiyə müxalifətinin “Ərdoğanın ABŞ lideri Donald Trampın oğlu ilə gizli görüş keçirməsi” iddialarına cavab verən prezident, bu iddiaların əsassız olduğunu bildirib:
“Əgər Donald Trampla hər hansısa bir alış-veriş edəcəyiksə, bunu onun oğlu ilə etməyə ehtiyac yoxdur” deyə vurğulayıb.





