Dünya

Paşinyan Apostol Kilsəsinin ardıcıllarına müraciət edib

10 iyun / 10:09 2 dəq
Indir 2025 06 10t100856.304
10 iyun / 10:09
Burada sizin reklamınız ola bilər

Ermənistanın Baş naziri Nikol Paşinyan yeni katolikos seçkiləri ilə bağlı Apostol Kilsəsinin ardıcıllarına müraciət edib.

Qerbxeber.com Ermənistan mediasına istinadən xəbər verir ki, müraciətdə seçkilərlə bağlı təşkilati məsələlərin həlli üçün Koordinasiya Qrupu yaratmaq zərurəti ön plana çəkilib.

Paşinyan deyib ki, Müqəddəs Eçmiəzdin Baş iqamətgahının boşaldılması və yeni katolikos seçkilərinin təşkili üçün fəal addımlar atılmalı və hazırkı mərhələdə yuxarıda qeyd olunan gündəliklə bağlı təşkilati məsələlərin həlli üçün Koordinasiya Qrupu yaradılmalıdır.

“Koordinasiya Qrupunun üzvləri həm kişilər, həm qadınlar, həm ruhani, həm də dindar olmayan şəxslər ola bilərlər. Lakin ruhani şəxslərin, xüsusilə monastır həyatına sadiq olanların subaylıq əhdini pozmamış olmaları vacibdir”, – müraciətdə qeyd olunub.

Qeyd edək ki, son günlər Nikol Paşinyan II Qareginin könüllü subaylıq əhdini pozduğu və övladının olduğu barədə sosial hesablarında paylaşımlar edib.

Paylaş
Burada sizin reklamınız ola bilər