Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

SSRİ-yə qarşı qəbul olunan qanun Rusiyaya tətbiq olunmalıdır

11 sentyabr / 10:10 2 dəq
Co vilson (1)
11 sentyabr / 10:10
Burada sizin reklamınız ola bilər

ABŞ konqresmeni Co Vilson Rusiya ilə ticarəti dayandırmaq məqsədilə “Cekson-Venik düzəlişi”ni bərpa etmək üçün qanun layihəsi təqdim edib.

Qerbxeber.com xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində məlumat verib.

“Polşaya hücumdan sonra, bu terrorist diktatura ilə bütün ticarəti dayandıran “Cekson-Venik düzəlişi”ni Rusiya üçün bərpa edəcək bu qanun layihəsini təqdim etmək fürsətinə görə minnətdaram”, – Vilson vurğulayıb.

Konqresmenin fikrincə, keçmiş prezident Barak Obama və ABŞ dövlət katibi Con Kerri Rusiya ilə münasibətləri bərpa etmək çərçivəsində səhvən bu qanunu ləğv edib: “Bu da müharibə cinayətkarı Putini Krımı işğal etməyə sövq edib. Tramp bu durumu düzəldəcək”.

Qeyd edək ki, “Cekson-Venik düzəlişi” 1974-cü ildə qəbul edilmiş ABŞ qanunudur. Bu, pis iqtisadiyyatı olan ölkələrlə normal ticarəti qadağan edir. Vaxtilə SSRİ-yə tətbiq olunub.

Sovet İttifaqı dağılandan sonra qanun Rusiya üçün işləməkdə davam edib, amma ABŞ prezidentləri bu ölkə ilə ticarət üçün onu hər il dondurublar. 2012-ci ildə qanun ləğv edilib və “Maqnitski Aktı” (Rusiya rəsmilərinə qarşı sanksiyalar) ilə əvəzlənib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı