Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Tovuzda 18 yaşlı ananın doğuşdan 19 gün sonra vəfat etməsinin səbəbi açıqlanıb

18 oktyabr / 16:43 2 dəq
Təbib
18 oktyabr / 16:43
Burada sizin reklamınız ola bilər

TƏBİB sentyabrın 28-də Tovuz rayonunun Alakol kənd sakini, 2004-cü il təvəllüdlü Z.Əliyevanın rayon Mərkəzi xəstəxanasında ana olduqdan 19 gün sonra vəfat etməsinin səbəbini açıqlayıb.

“Qərb Xəbər” məlumat verir ki, TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2004-cü il təvəllüdlü Z.Ə. 28.09.2022-ci il tarixində saat 07:19 radələrində Tovuz Rayon Mərkəzi Xəstəxanasının Mamalıq və Ginekologiya şöbəsinə yerləşdirilib.

40 həftəlik hamiləlik, doğuşun birinci dövrü diaqnozu ilə yerləşdirilən pasiyentin saat 09:58 radələrində doğuşu baş tutub və cinsi kişi olan 3 700 çəkidə olan diri uşaq dünyaya gəlib.

29.09.2022-ci il 02:00 radələrində xəstədə kəskin ağciyər və ürək çatışmazlığı baş verib. Həkimlərin səyi nəticəsində pasiyentin vəziyyəti stabilləşib. Həmin gün xəstə Anesteziologiya və reanimasiya şöbəsinə köçürülüb. 30.09.2022-ci il tarixində xəstənin vəziyyəti yenidən pisləşib, kliniki ölüm keçirib və süni tənəffüs aparatına qoşulub. Həkimlərin səyi nəticəsində pasiyentin ürək fəaliyyəti bərpa olunub, vəziyyəti stabilləşib.

01.10.2022-ci il tarixində pasiyent Bakı şəhərində yerləşən tibb müəssisəsinə təxliyyə edilib. 08.10.2022-ci il tarixində xəstə kafi vəziyyətdə xəstəxanadan evə buraxılıb.

17.10.2022-ci il tarixində yenidən Tovuz Rayon Mərkəzi Xəstəxanasına müraciət edən pasiyentdə ürək və ağciyər çatışmazlığı müşahidə edilib. Göstərilən bütün tibbi xidmətlərə baxmayaraq Reanimasiya şöbəsinə yerləşdirilən pasiyentin həyatını xilas etmək mümkün olmayıb.

Hazırda bununla bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı