Hadisə

Qarabağı könüllü olaraq tərk edən 16 min erməni vətəndaşlıq aldı

5 sentyabr / 13:23 1 dəq
Xankendi ermeni
5 sentyabr / 13:23
Burada sizin reklamınız ola bilər

Qarabağdan könüllü getmiş 16 mindən çox erməni Ermənistan Respublikasının vətəndaşlığını qəbul edib.

Qerbxeber.com Teleqraf -a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik daimi komitəsinin iclasında daxili işlər nazirinin müavini Armen Kazaryan deyib.

Onun sözlərinə görə, bu 16 mindən 5 minindən çoxu avtomatik olaraq Ermənistan vətəndaşı olmuş yetkinlik yaşına çatmayanlardır. Yəni, yeni pasport almış valideynlərinin ardınca.

“Bu, sentyabrın 2-nə olan məlumatdır”, – nazir müavini qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər