Hadisə

Azərbaycanın daha iki güləşçisi qızıl medal qazandı

23 avqust / 22:05 1 dəq
Img 5174
23 avqust / 22:05
Burada sizin reklamınız ola bilər

Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatı sona yaxınlaşır.

Qerbxeber.comTeleqraf-a istinadən xəbər verir ki, yarışın yeddinci günündə daha 2 yunan-Roma güləşçimiz fəxri kürsüyə qalxıb.

Turan Daşdəmirov (55 kq) finalda iranlı Payam Balutakiylə gərgin mübarizə şəraitində keçən görüşdə 3:5 hesabıyla məğlub olub və gümüş medalı boynundan asıb.

Fəraim Mustafayev (67 kq) isə yaponiyalı Takaku Suzukiyə 5:4 hesabıyla qalib gələrək dünya üçüncüsü olub.

Seymur Qasımov (72 kq) təsəlliverici görüşdə qazaxıstanlı Yussuf Aşrapova “tuş”la uduzub.

Beləliklə, dünya çempionatında medallarımızın sayı 8-ə çatıb. Daha öncə Ayxan Cavadov (60 kq) qızıl, Ruzanna Məmmədova (62 kq) gümüş, Günay Qurbanova (59 kq), Vasif Bağırov (57 kq), Nurlan Ağazadə (70 kq) və Yusif Dursunov (125 kq) isə bürünc medal qazanıb.

Paylaş
Burada sizin reklamınız ola bilər