Yaponiyanın Baş naziri Ukraynaya səfər etməyi planlaşdırır
Yaponiyanın Baş naziri Fumio Kişida Ukraynaya səfər etməyi planlaşdırır.
“Qərb Xəbər” TASS-a istinadən xəbər verir ki, o, bu barədə ölkə parlamentində müzakirələr zamanı bildirib.
“Hazırda bu məsələ ilə bağlı yekun qərar qəbul edilməyib, lakin mən müxtəlif amilləri nəzərə alaraq səfərin mümkünlüyünü araşdırıram”, – Baş nazir deyib.
Xatırladaq ki, ötən həftə yerli mətbuat Kişidanın fevralın ortalarında Ukraynaya səfər edə və Kiyevdə Prezident Volodimir Zelenski ilə danışıqlar apara biləcəyi barədə məlumat yaymışdı.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı