Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Hadisə

Nərminin ölümündə təqsirləndirilən şəxsin atası: “Oğlumu şərləyiblər”

18 yanvar / 10:54 2 dəq
Nermineeee
18 yanvar / 10:54
Burada sizin reklamınız ola bilər

Tovuzun Dondar Quşçu kəndində baş verən Nərmin Quliyeva cinayətinə görə həbs olunan İlkin Süleymanovun atası İbrahim Süleymanov AYNA-nın redaksiyasına məktub göndərib.

O, baş verənlərlə bağlı ölkə başçısına açıq müraciət edir. Müraciətdə deyilir:

“Mən, kəndimizin 49 il müəllim işləmiş ziyalı ağsaqqalı kimi xalqıma və cənab Prezidentimə müraciət edirəm. Bildirirəm ki, mənim oğlumu şərlədilər.

Cənab Prezident, yanvar ayının 6-da oğlumu həbs ediblər, amma istintaqda göstəriblər ki, yanvarın 10-u həbs olunub. Dörd gün oğluma ağır işgəncələr verilib, cinayət zorla boynuna qoyulub. Ona görə də bu 4 gün həbs müddətini sənəddə göstərmirlər. Həmin 4 gün müddətində heç kimi oğlumla görüşməyə qoymayıblar.

İlkinin atası kimi yox, bir müəllim kimi xalqıma müraciət edirəm. Oğlum institutu bitirib kəndə gələrək mənim qulluğumda durubsa, ona xəstə, manyak deyilərmi? Oğlum ixtisasça iqtisadçı-kibernetikdir, Tovuzda, kənddə bu ixtisasla nə işləşin? Ata-anasına baxan, kənddə təsərrüfatla məşğul olan manyak olursa, o zaman Azərbaycanda universitet oxuyub, ixtisası üzrə işləməyən, təsərrüfatla məşğul olan hər kəsə manyak deməliyik?

Bir daha cənab Prezidentimizə və xalqımıza müraciət edirəm. Şər-böhtan atılaraq, işgəncələrlə boynuna qoymaq yolu ilə cinayəti ört-basdır edirlər. Bu, bizim Nərmin balamıza da, Azərbaycan xalqına da hörmətsizlikdir. Azərbaycan xalqına qarşı ən ağır cinayət budur ki, cinayətin üstünü açmaqdansa, cinayəti ört-basdır edirlər. İndi çöldə gəzən cinayətkar daha neçə balamızı qurban edəcək?!

Cənab Prezident başda olmaqla, hamıdan bu cinayətin açılmasına kömək etməyinizi xahiş edirəm”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı