Hadisə

Gəncədə piyadanı avtomobil vurub

14 may / 09:22 1 dəq
Indir 2025 05 14t092232.034
14 may / 09:22
Burada sizin reklamınız ola bilər

Gəncədə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qerbxeber.com-un məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Hərəkətdə olan “Hyundai” markalı minik avtomobili yolu keçmək istəyən 1997-ci il təvəllüdlü Q.Qayıbzadəni vurub.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini kafi olaraq qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər