Dünya

Lavrov: Ukrayna ərazisində xarici qoşunların mövcudluğu Rusiya üçün qəbuledilməzdir

21 avqust / 16:13 1 dəq
Lavrovdan sert aciklama abdye sirtini dayayan ulkelerin kaderi ermeni liderler icin ders olmali wqie
21 avqust / 16:13
Burada sizin reklamınız ola bilər

Rusiya xarici işlər naziri Lavrov Ukrayna rəhbərliyinin atdığı addımların onların münaqişənin davamlı və uzunmüddətli həllində maraqlı olmadıqlarını göstərdiyini bildirib.

Qerbxeber.com bildirir ki, Rusiyanın TASS agentliyi bu haqda məlumat yayıb.

Rusiyanın 2022-ci ildə İstanbulda razılaşdırılmış Ukrayna üçün təhlükəsizlik təminatları prinsiplərini dəstəklədiyini qeyd edən Lavrov bu sahədə digər cəhdlərin prespektivsiz olduğunu bildirib.

“Əslində Avropa Ukrayna ərazisinin bir hissəsinə xarici müdaxilə təklif edir. Xarici ölkələrin qoşunlarının Ukraynada olması isə Rusiya üçün tamamilə qəbuledilməzdir”, – deyə Lavrov qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər