Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Gəncədə yeniyetmənin qətlə yetirilməsinin təfərrüatları məlum olub

20 avqust / 11:59 2 dəq
Bıçaq
20 avqust / 11:59
Burada sizin reklamınız ola bilər

Gəncədə 15 yaşlı yeniyetmənin qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

Qerbxeber.com APA-nın məlumatına istinadən xəbər verir ki , hadisə 10 manat borc üstündə baş verib.

Belə ki, hadisəni törətməkdə şübhəli bilinən Arif Hətəmovun qətlə yetirilən 2010-cu il təvəllüdlü Tunar Məmmədova 10 manat borcu olub. Hadisədən bir gün əvvəl Arif Hətəmov borcunu Tunar Məmmədova qaytarıb. Sonrandan Arif Hətəmov qətlə yetirilən Tunar Məmmədova dəmiryolunun yaxınlığına çağırıb. Bu zaman tərəflər arasında mübahisə düşüb.

Dava zamanı Arif Hətəmov özü ilə gətirdiyi bıçaqla Tunar Məmmədova xəsarət yetirib.

Yaralı Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın cərrahiyyə şöbəsinə çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, 15 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Publik Hüquqi Şəxsin Gəncə şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

TƏBİB-dən  verilən məlumata görə, avqustun 19-da saat 20:00 radələrində 2010-cu il təvəllüdlü şəxs (kişi cinsli) ağır vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Qarının ön divarının açıq yarası diaqnozu təyin edilən şəxsin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 21:40 radələrində ölüm faktı qeydə alınıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı