Qazaxda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qərb Xəbər”ə verilən məlumata görə, hadisə rayonun Alpout kəndində qeydə alınıb.
Hərəkətdə olan minik maşınının sürücüsü idarəetməni itirib.
Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Bu zaman aşan minik maşını yolun kənarında dayanan 1998-ci il təvəllüdlü Mikayıl Aslanov və 1998-ci il təvəllüdlü Fərhad Nəsibova dəyib.
Hər iki piyada xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.