Siyasət

Hərbçilərimiz İtaliyada beynəlxalq sərgidə

30 sentyabr / 21:44 2 dəq
Hhq italiya sergi
30 sentyabr / 21:44
Burada sizin reklamınız ola bilər

Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı 1-ci dərəcəli kapitan Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliya HDQ komandanı admiral Enriko Kredendinonun dəvəti ilə “SEAFUTURE 2025” 9-cu beynəlxalq sərgidə iştirak etmək üçün İtaliyada rəsmi səfərdədir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dəniz təhlükəsizliyi, regional əməkdaşlıq və hərbi dəniz qüvvələri arasında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi məqsədilə keçirilən sərgidə dünyanın müxtəlif ölkələrinin nümayəndələri, hərbi sənaye komplekslərinin təmsilçiləri və müdafiə sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar iştirak edir.

Sərgi çərçivəsində Azərbaycan HDQ komandanı italiyalı həmkarı ilə görüşərək qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparıb.

Azərbaycan nümayəndə heyəti “SEAFUTURE 2025” beynəlxalq sərgisində təqdim olunan müasir dəniz texnologiyaları, innovativ hərbi dəniz həlləri və digər müdafiə məhsulları ilə tanış olub.

Azərbaycan HDQ-nin bu səviyyədə beynəlxalq tədbirlərdə iştirakı Azərbaycanın regionda və beynəlxalq aləmdə təhlükəsizlik sahəsində artan rolunun bariz nümunəsi, eləcə də dəniz qüvvələrinin peşəkarlığının və hərbi texniki potensialının yüksəldilməsi istiqamətində atılan addımların tərkib hissəsidir.

Paylaş
Burada sizin reklamınız ola bilər