AZƏRTAC rus mediasının Xankəndini “Stepanakert” adlandırmasına qarşı bəyanat verdi
Qerbxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) bəyanat verib.
“Xankəndi XVIII əsrin sonunda yaranmış, adı ‘Xanın kəndi’ mənasını daşıyır. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasından sonra şəhər bolşevik rəhbəri Stepan Şaumyanın şərəfinə ‘Stepanakert’ adlandırılıb. 1991-ci ildə Azərbaycan Ali Sovetinin qərarı ilə tarixi ad bərpa olunub. 2023-cü ildə Prezident İlham Əliyev Xankəndidə dövlət bayrağını ucaldıb və 2024-cü ildə orada səs verib.
TASS-ın xəbəri Azərbaycanda narazılıq doğurub, AZƏRTAC isə münasibətlərin qorunması üçün rusiyalı həmkarlarını bu səhvi düzəltməyə çağırıb. Əks halda, Azərbaycan mediası da Rusiya şəhərlərinin tarixi adlarını istifadə edə biləcəyini bəyan edib” , – bəyanatda deyilir.




