Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
İqtisadiyyat

Azərbaycanda zəfəran qablaşdırılmasına başlanılır

7 iyun / 12:46 2 dəq
D1372ebc 7d62 46fe b114 74e0d9cd064d
7 iyun / 12:46
Burada sizin reklamınız ola bilər

“Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Dövlət Aqrar Ticarət Şirkəti” MMC zəfəranın qablaşdırılmasını və satışını həyata keçirəcək”.

Bu barədə şirkətin mətbuat katibi Mayis Musayev bildirib.

Onun sözlərinə görə, “Dövlət Aqrar Ticarət Şirkəti” MMC ölkədə çayın, noxudun və düyünün qablaşdırılmasını həyata keçirir:

“Digər məhsulların isə hissə-hissə qablaşdırılmasını həyata keçirəcəyik. Zəfəranla bağlı da planlarımız var. Bu il ərzində həyata keçirilməsi planşdırılır. Hazırda zəfəran istehsalçıları ilə bu istiqamətdə danışıqlar aparılır, əməkdaşlıqlar qurulmağa başlanılıb. İyunun 4-də ölkədə Zəfəran İstehsalçıları, emalçıları və ixracatçıları Assosiasiyası təsis edlib. Biz gələcəkdə Assosiasiya vasitəsilə zəfəran istehsalçıları ilə əməkdaşlıq edəcəyik”.

Xatırladaq ki, hazırda ölkədə zəfəran əkini sahələri SSRİ dövrü ilə müqayisədə təxminən 30 dəfə azdır. Əvvəllər Bakı, Gəncə və Şəkidə 430 hektar ərazidə zəfəran əkilib. Hazırda yalnız Bakının Zirə qəsəbəsində 6,5 hektar ərazidə zəfəran var. SSRİ dövründə Bakının Bilgəh qəsəbəsində 18 hektar ərazisi olan zəfəran sovxozu var idi. Ondan da 8hektar qalıb. Əvvəllər Azərbaycanda ildə 600 kq zəfəran istehsal olunardı, hazırda bu rəqəmin nə qədər olduğu məlum deyil. Zəfəran ilə bağlı ölkədə statistikanın aparılması gələn ildən gözlənilir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı