Polşalı nazir Polşa və bütün Avropanı qoruduğu üçün Ukrayna ordusuna təşəkkür etdi
Polşanın xarici işlər naziri Ukrayna Silahlı Qüvvələrinə “Avropanı müdafiə etdiyinə” görə təşəkkür edib.
Qerbxeber.com Teleqraf -a istinadən xəbər verir ki, nazir Radoslav Sikorski RMF24 radiostansiyasının efirində belə deyib.
O qeyd edib: “Polşa öz ölkəsini, eləcə də Polşanı və bütün Avropanı müdafiə edən Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə təşəkkür edir <…>. Biz bunu qonşumuzla yanaşı, ilk növbədə Polşanın maraqları naminə deyirik”.
Onun sözlərinə görə, Varşava həmişə “azad və müstəqil” Kiyevi dəstəkləyəcək.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı