Avropa Parlamenti Gürcüstan hökümətini tanımadı
Avropa Parlamenti Gürcüstan hökümətini tanımadığını bəyan edib.
Qerbxeber.com xəbər verir ki, bu barədə Avropa Parlamentinin X platformasında paylaşımında qeyd edilib.
Bəyanatda Avropa Parlamenti Gürcüstanın Avropa İttifaqına üzv olmasına şərt olaraq, ölkə rəhbərliyini tutduğu yoldan üz döndərməyə çağırıb: “Avropa Parlamenti Gürcüstan xalqı ilə həmrəydir.
Parlament hazırki Gürcüstan hökumətini tanımır. Ölkədə ədalətli seçkilər keçirilməyənə qədər Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayandırılıb”.




