Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Zalujni 2023-cü il əks-hücum planının iflasa uğramasında Zelenskini günahlandırıb

18 fevral / 23:28 2 dəq
Zelenski zalujni
18 fevral / 23:28
Burada sizin reklamınız ola bilər

2023-cü ilin əks-hücum planı düzgün həyata keçirilməyib, çünki Prezident Volodimir Zelenski və digər rəsmilər bu məqsəd üçün lazım olan resursları ayırmayıb.

Bu fikirləri Ukraynanın Böyük Britaniyadakı səfiri, Ukrayna ordusunun sabiq baş komandanı Valeriy Zalujnı “Associated Press“ə müsahibəsində bildirib.

Zalujnı NATO tərəfdaşları ilə birlikdə hazırladığı əks-hücum planının Zelenski və digər dövlət rəsmilərinin lazım olan resursları təmin etməməsi səbəbindən uğursuz olduğunu qeyd edib.

O deyib ki, ilkin planın məqsədi Zaporojye bölgəsinin bir hissəsini, o cümlədən Zaporojye Atom Elektrik Stansiyasını azad etmək, daha sonra isə cənuba – Azov dənizinə doğru irəliləmək olub. Zalujnı vurğulayıb ki, bu, Rusiya ordusunun müvəqqəti işğal altında olan Krımı təchiz edən quru dəhlizini kəsmək üçün nəzərdə tutulubmuş.

Zalujnının sözlərinə görə, planın uğur qazanması üçün bir istiqamətdə böyük bir qüvvənin cəmlənməsi vacib hesab olunub, lakin hərbi qüvvələr geniş cəbhə boyunca yayılıb, bu da zərbə gücünü zəiflədib.

AP-nin məlumatına görə, iki qərbli təhlükəsizlik rəsmisi anonimlik şəraitində jurnalistlərə təsdiq edib ki, ilkin plan daha konsentrasiya olunmuş qüvvələrin istifadəsini nəzərdə tutub.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı