Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Rusiya təyyarəsi Polşa hava məkanını necə pozub? – Ekspert

15 fevral / 11:23 3 dəq
0b8a1996d1d645bc95565607aa41c250rusiyaqirici jpg
15 fevral / 11:23
Burada sizin reklamınız ola bilər
“Reuters” agentliyinin məlumatına görə, Niderland Hərbi Hava Qüvvələrinə məxsus iki “F-35” qırıcısı Polşa səmasında Rusiyaya məxsus üç hərbi təyyarədən ibarət qrupun qarşısını alıb. Niderland Müdafiə Nazirliyinin açıqlamasında deyilir ki, naməlum təyyarələr Rusiyanın Kaliniqrad regionu tərəfindən Polşanın NATO-nun məsuliyyət zonasına yaxınlaşıb.
Bildirilib ki, iki “Su-27” qırıcısı və bir “İl-20M” elektron kəşfiyyat təyyarəsi ölkənin hava məkanını pozub. Niderlandın 2 “F-35″i Rusiya təyyarələrini müşayiət edib, onları Polşa hava məkanından çıxarıb. Niderland Müdafiə Nazirliyi ölkəyə məxsus 8 ədəd “F-35” qırıcısının müvəqqəti olaraq Polşada olduğunu vurğulayıb.
Hərbi ekspert Üzeyir Cəfərov Qaynarinfo-ya açıqlamasında bildirib, rus qırıcılarının NATO üzvü olan Polşa sərhədini pozması koordinasiyanın zəif olması səbəbindən baş verib:

“Rusiyanın Ukraynaya təcavüzünün bir ili tamam olmaq üzrədir. Rusiya indiki vəziyyətdə heç bir halda başını NATO-nun baltasının altına qoymaz. Çünki Polşaya NATO-nun xeyli gücləndirilmiş hərbi-hava qüvvələri, hava hücumundan müdafiə sistemləri gətirilib. Rusiya indiki halda Ukrayna bataqlığından belə çıxa bilmir. Belə olan vəziyyətdə onun NATO ilə qarşı-qarşıya gəlməyə çalışması gözlənilən deyil. Düşünürəm ki, Rusiya qırıcılarının Polşa sərhədini pozması koordinasiyanın zəif olmasından, səhvə yol vermələrindən, hədəflərinə çata bilməmələrindən irəli gəlir. Yəni, rusların bilərəkdən Polşa ərazisinə girməsi intihara bərabər bir addımdır. Onlar heç bir halda NATO-nu belə hərəkətlərilə təxribata çəkə bilməyəcəklər. NATO onsuz da prosesin içindədir. Onun silahları Rusiyaya qarşı döyüşür. Moskva da NATO sərhədlərini pozmağın onun üçün ağır fəsadlarının ola biləcəyinin fərqindədir. Moskva açıq şəkildə NATO ilə baş-başa gəlmək gücündə deyil”.
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı