Dünya

Almaniya Kansleri: “İsrailin son vaxtlar Qəzzada etdiklərindən narazıyam”

14 iyul / 08:29 1 dəq
Merts
14 iyul / 08:29
Burada sizin reklamınız ola bilər

Almaniya kansleri Fridrix Merz Qəzza zolağında mövcud vəziyyəti qəbuledilməz adlandırıb və bir neçə həftədir ki, İsrailin anklavdakı hərəkətlərindən narazı olduğunu bildirib.

Qerbxeber.com Axar.az -a istinadən xəbər verir ki, bu bardə Merz ARD telekanalına müsahibəsində bildirib.

“İsrail hökumətinin uzun həftələrdir Qəzza zolağında etdiklərini bəyənmirəm”, – deyə Merz qeyd edib.

Kansler bir neçə dəfə İsrail Baş naziri Benyamin Netanyahu ilə mövcud vəziyyəti müzakirə etdiyini söyləyib:

“Ümid edirəm ki, biz avropalılar amerikalılarla birlikdə son nəticədə iki dövlətli həllə gətirib çıxaracaq yolu tapa biləcəyik”.

Paylaş
Burada sizin reklamınız ola bilər