Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Navalninin dəfnində izdiham yaşanıb

2 mart / 15:57 2 dəq
Navalniy
2 mart / 15:57
Burada sizin reklamınız ola bilər

Rusiyalı mərhum siyasətçi Aleksey Navalnının dəfn mərasimi bu gün Moskva yaxınlığındakı Müqəddəs Məryəmin İkonası Kilsəsində baş tutub.

Qerbxeber.com   Rusiya mediasına istinadən xəbər verir ki, kilsədəki vidalaşma mərasiminə yalnız qohumlar və yaxınlar buraxılıb. Açıq tabut mərasimindən sona tabut kilsədən çıxarılıb və qəbiristanlığa aparılıb. Vidalaşma mərasiminin 20 dəqiqədən də az çəkdiyi bildirilib.

Mərasim vaxtı ərazidə çox sayda polis nəzərə çarpıb, kilsə ərazisi metal hasarlarla əhatə olunub. Navalnı ilə vidalaşmaq istəyənlərin sırasının isə bir kilometrdən çox uzandığı qeyd olunub.

Əraziyə toplaşan insanlar vaxtaşırı “Navalnı!” və “Biz bağışlamayacağıq!”,”Azad Rusiya”, “Putinsiz Rusiya” kimi şüarlar səsləndiriblər.

ABŞ-ın Rusiyadakı səfirinin, həmçinin Almaniya və Fransa səfirlərindən ibarət nümayəndə heyətinin vidalaşma mərasimində iştirak etdiyi bildirilib.

Bu gün həmçinin Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskovun gündəlik brifinqində Navalnı ilə bağlı sualları cavablandırıb.

O, açıqlamasında qeyd edib ki, Kremlin Navalnının dəfn günü onun qohumlarına deyəcək sözü yoxdur.

“Navalnının dəfn günü icazəsiz mitinqlərdə iştirak edənlər qanun qarşısında cavab verəcəklər”, – deyə o bildirib.

Jurnalistin Kreml Navalnının fəaliyyətini qiymətləndirə bilərmi sualına isə Peskov belə cavab verib: “Xeyr, qiymətləndirə bilməz”.

Qeyd edək ki, fevralın 16-da Rusiya Federal Penitensiar Xidməti Aleksey Navalnının həbsxanada öldüyü barədə məlumat yayıb.

Vladimir Putinin ən qatı müxalifi hesab olunan 47 yaşlı Aleksey Navalnı 2021-ci ildən bəri həbsdə idi.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı