Dünya

Şaakaşvilinin partiyasının sədri xalqı meydanlara səslədi-Saxlanıldı

11 sentyabr / 17:00 1 dəq
Khebeishvili
11 sentyabr / 17:00
Burada sizin reklamınız ola bilər

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) Siyasi Şurasının rəhbəri Levan Xabeişvili saxlanılıb.

Qerbxeber.com xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Müxalifətçinin Tbilisidə “Formula” telekanalının binası yaxınlığında Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilib.

Qeyd edək ki, VMHP Gürcüstanda oktyabrın 4-də keçiriləcək yerli seçkilərdə iştirakdan imtina edib.

L.Xabeişvili bu günlərdə bildirib ki, Gürcüstanda “İvanişvili rejimi”nin kapitulyasiyası yaxınlaşır və oktyabrın 4-də qələbə günü olacaq. O, seçki günündə hamını küçələrə çıxmağa çağırıb.

Paylaş
Burada sizin reklamınız ola bilər