“Seçkilərdə iştirak edən hər kəs Rusiya və oliqarxik diktaturanın maraqlarına xidmət etmiş olur” – Saakaşvili
Qerbxeber.com Aktual.ge-yə istinadən xəbər verir ki, o, bu fikirləri bugünkü məhkəmə prosesinə onlayn qoşularkən bildirib.
“Rejimlə əməkdaşlığa və onun legitimliyini tanıtmağa yönəlmiş düşüncəyə – yəni guya seçkilərdə iştirak etməklə nəyəsə nail olacağıq fikrinə – inanan hər kəsə səslənirəm: keçmiş prezident, parlament və ötənilki seçkilərdən dərs çıxarmadınızmı? Nə qədər eyni suya yenidən girməyə çalışmaq olar? Bu rejim heç vaxt azad və ədalətli seçki keçirməyəcək,” – deyə Saakaşvili bildirib.
O əlavə edib ki, Gürcüstanda hakimiyyət banditlər və fırıldaqçılardan ibarət diktatura qurmağa çalışır.
“Küçələrdə baş verən zorakılıq və terror – bu, bandit diktaturasının əlamətidir və bu rejim uzunömürlü olmayacaq. Yeganə çıxış yolu – birləşmək, güclü olmaq və hücuma keçməkdir. Yenidən və bir daha hücum! Hamımız birlikdə deməliyik: ‘Qorxmuram və susmayacağam!’” – deyə Saakaşvili vurğulayıb.





