Bölgə xəbərləri

Təcili: İki azyaşlı erməni yolu azaraq Azərbaycana keçdi

6 iyun / 16:31 1 dəq
Tex dig kendi
6 iyun / 16:31
Burada sizin reklamınız ola bilər

6 iyun 2025-ci il tarixdə saat 01:20 radələrində Ermənistan Respublikasının Sünik (Zəngəzur-red.) rayonunun Teq icmasının sakinləri 2007-ci il təvəllüdlü Karen Armen Cangiryan və 2008-ci il təvəllüdlü Andrey Armen Qyaqunts yolu azaraq sərhədin Azərbaycan tərəfinə keçiblər. 

Qerbxeber.com xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Yeniyetmələrin Dığ kəndi ərazisində mal-qara otararkən itkin düşdüyü bildirilir. Məlumata görə, onların Azərbaycana tərəfə keçdiyi müəyyən olunub.

Ermənistan MTX onların qaytarılması üçün lazımı tədbirlərin görüldüyünü bildirilir.

***

Ermənistan tərəfindən iki azyaşlının azaraq Azərbaycan ərazisinə keçməsi barədə yayılan məlumatlar araşdırılır.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Paylaş
Burada sizin reklamınız ola bilər