Tovuz rayonunun Dondar Quşçu kəndində baş vermiş dəhşətli cinayətlə bağlı yeni detallar üzə çıxıb.
“Şəbəkə” səhifəsi yazır ki, 21 noyabr 2019-cu ildə 10 yaşlı Nərmin Quliyevanın öldürülməsi və sonra da yandırılması qatı cinayətkar tərəfindən həyata keçirilib.
Belə ki, Nərmin Quliyevanın beş gün əvvəl öldüyü məlum olub. Həmçinin müəyyənləşib ki, qızın ölümünə səbəb onun başından küt alətlə vurulması olub. Qızın kəllə sümüyündə 5 sınıq aşkarlanıb.
Səhifənin yazdığına görə, cinayətin digər təfərrüatları da məlum olub. “Belə ki, Nərmin noyabrın 21-də itkin düşdüyü paltarda tapılıb. O da müəyyənləşib ki, uşağın meyiti kənd ərazisində saxlanılırmış. Ehtimal edilir ki, Nərmin bu dəhşətli cinayətlər ərzində zirzəmidə saxlanılıb. Kriminalistlər Nərminin yandırıldığı yerə yaxın ərazidə avtomobil təkəri izlərinə rast gəlməyiblər. Ehtimal edilir ki, qızın meyitini arabada gətiriblər. Cinayətkar qızın meyitini polietilen torbada hadisə yerinə gətirib və orada yandırıb”.
Bbundan başqa, Nərminin dırnaqları tutulmuş olub. “Operativ istintaq əməliyyat qrupu bu qənaətə gəlib ki, bunu qatil edib. Bunu o səbəbdən edib ki, qurbanı ona cinsi zorakılıq zamanı müqavimət göstərərək, xəsarət yetirməsin və dırnaqlarında iz qalmasın. Qızın meyiti qurşaqdan aşağı yanmış olub”.