Ötən ay 3,9 min şəxsə əlillik təyin olunub
Bu ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 3,9 min şəxsə əlillik təyin edilib.
Nazirlikdən “Qərb Xəbər”ə verilən xəbərə görə, onlardan 1,9 mininə ilkin, 2 mininə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunub.
Son bir ayda Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 8,6 min şəxsə reabilitasiya xidməti göstərilib.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı